3 ayda Laçın buraxılış məntəqəsindən keçənlərin SAYI

Azərbaycanın Laçın yolunda sərhəd buraxılış məntəqəsi yaratması qanunsuz əməllərə son qoymaq üçün zəruri tədbir idi.

 

Bunu Azərbaycanın ATƏT yanındakı daimi nümayəndəsi Rövşən Sadıqbəyli Daimi Şurasının iclasında çıxışı zamanı deyib.

 

O qeyd edib ki, Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərinin hər iki istiqamətdə şəffaf və nizamlı keçidi üçün müvafiq şərait yaradılıb.

 

"Sərhəd nəzarət-buraxılış məntəqəsinin yaradıldığı tarixdən - aprelin 23-dən indiyədək 1 927 nəfər buraxılış məntəqəsindən istifadə edərək sərhədi keçib”, - diplomat bildirib.

Rəylər

Aşağıdakı məlumatları qeyd edin