"Qarabağ" Avroliqanın pley-offuna yüksələcəkmi?

"Qarabağ" bu gün Avropa Liqasının 3-cü təsnifat mərhələsinin cavab oyununa çıxacaq.

Qol.az xəbər verir ki, Ağdam təmsilçisi Finlandiyada HİK-in qonağı olacaq. Matç Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. Bu komandalar arasında ilk görüş Qurban Qurbanovun baş məşqçisi olduğu komandanın 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Reklamınızı SmartBee ilə effektiv edin.

"Qarabağ" - HİK cütünün qalibi Avroliqanın pley-offunda "Olimpiya" (Sloveniya) ilə qarşılaşacaq. Sözügedən cütün məğlubu isə Konfrans Liqasının pley-offunda "Farul"la (Rumıniya)  üz-üzə gələcək.

17 avqust

20:00. HİK (Finlandiya) - "Qarabağ" (Azərbaycan)
Baş hakim: Villi Delayod (Fransa)

İlk oyun - 1:2
"Bolt Arena"

Rəylər

Aşağıdakı məlumatları qeyd edin