"Qarabağ"ın rəqibi kubokda mərhələ adladı

Konfrans Liqasının pley-off mərhələsində "Qarabağ"ın rəqibi olan "Gent" Belçika kubokunda növbəti matçına çıxıb.

Qol.az xəbər verir ki, komanda 1/8 finalda "Serkl Brügge" ilə qarşılaşıb. Gprüşün əsas vaxtı qolsuz başa çatıb. Əlavə vaxtda 2 qol vuran "Gent" adını 1/4 finala yazdırıb.

Komandanın qollarını Huqo Kuypers (109) və Maliçk Fofana (119) vurub.

Qeyd edək ki, "Qarabağ" Belçika təmsilçisinə qarşı ilk matçını fevralın 16-da evdə, cavab qarşılaşmasını isə fevralın 23-də səfərdə keçirəcək.

Rəylər

Aşağıdakı məlumatları qeyd edin