"Qarabağ" - "Bayer" oyununun hakimləri bilindi

Avropa Liqasının qrup mərhələsinin 4-cü turunda keçiriləcək "Qarabağ" - "Bayer" (Leverkuzen) oyunu üçün hakim təyinatları açıqlanıb.

Matçı İngiltərə Futbol Federasiyasından Kreyq Pouson idarə edəcək. Ona həmyerliləri Simon Bennett və Lee Betts köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Con Brooks yerinə yetirəcək.

VAR hakimləri Carred Qillet və Mişel Salisburu olacaq.

Qeyd edək ki, noyabrın 9-da, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək sözügedən oyun saat 21:45-də başlayacaq. Bu komandalar arasında Almaniyadakı matçda Leverkuzen təmsilçisi 5:1 hesabı ilə qalib gəlib.(qol.az)

Rəylər

Aşağıdakı məlumatları qeyd edin