"Qarabağ" rəsmisindən Lunyovla bağlı yeni açıqlama

“Qarabağ”ın baş direktoru Asif Əsgərov qapıçıları Andrey Lunyovun Rusiya "Rubin"inə keçəcəyi barədə yayılan xəbərlərə münasibət bildirib.

QOL.az xəbər verir ki, o, "Sport Express"ə açıqlamasında bu məlumatları təkzib edib: “Rubin" Lunyovla bağlı bizimlə əlaqə saxlamayıb. Amma Andrey bizim qapıçımızdır. Biz onu buraxmaq fikrində deyilik”.

Daha əvvəl “İnKazan” nəşri bu qış "Rubin"in 32 yaşlı qolkiperi transfer edəcəyi barədə xəbər yayımlamışdı.

Xatırladaq ki, Lunyov 2023-cü ilin avqustundan "Qarabağ"da oynayır. Qapıçı komandanın heyətində bütün turnirlərdə 15 oyun keçirib, 14 qol buraxıb və 7 dəfə qapısını toxunulmaz saxlayıb. Onun "Qarabağ"la müqaviləsi 2024-cü ilin iyun ayının sonuna  qədərdir.  Müqavilədə sözləşmənin daha bir il uzadılması variantı da var. "Transfermarkt" internet portalı Lunyovu 1 milyon avro dəyərində qiymətləndirir.

Rəylər

Aşağıdakı məlumatları qeyd edin