“Qalatasaray” - “Fənərbaxça” oyunu Xankəndidə keçirilsin” - Sinan Oğan

“Qalatasaray” ilə “Fənərbaxça” arasında Türkiyə Superkubok matçının Azərbaycanın Xankəndi şəhərində keçirilməsi təklif edilib.

shushainfo.com APA-ya istinadən xəbər verir ki, bu təkliflə türkiyəli siyasətçi Sinan Oğan çıxış edib.

“X” platformasında paylaşım edən siyasətçinin sözlərinə görə, əgər oyunun xarici ölkədə keçirilməsi şərtdirsə, o zaman adıçəkilən oyun Xankəndi şəhər stadionunda keçirilsin: “Əks halda, bu final Türkiyənin paytaxtına yaraşır”.

Qeyd edək ki, superkubok oyunu dünən Səudiyyə Ərəbistanında keçirilməli idi. Lakin bəzi qadağalar səbəbindən komandalar oyuna çıxmaqdan imtina edib.

Xatırladaq ki, Sinan Oğan Türkiyəki sonuncu prezident seçkilərində namizədlərdən biri olub.

Rəylər

Aşağıdakı məlumatları qeyd edin