"Qarabağ"ın oyunçusuna Rusiyanın 2 klubundan təklif gəlib

"Qarabağ"ın futbolçusu Leandro Andrade ilə Rusiyanın 2 klubu maraqlanır.

QOL.az xəbər verir ki, bu barədə Kabo-verdeli yarımmüdafiəçinin agenti Uqo Kadjuda Rusiyanın sport24.ru saytına açıqlamasında bildirib. Bunlar Premyer Liqa təmsilçiləri "Rubin" və "Krasnodar"dır.

Məlumatı təsdiq edən Kadjuda bildirib: "Həqiqət budur ki, "Rubin" futbolçunun oyununu izləyir. Andrade ilə həmçinin "Krasnodar" da maraqlanır. Görək, bütün bunların nəticəsi necə olacaq".

Daha əvvəl "Ajmedia" nəşri məlumat yayıb ki, "Rubin" 24 yaşlı Andradeyə görə "Qarabağ"a 1,5 milyon avro təzminat ödəməyə hazırdır. "Qarabağ" rəhbərliyi isə kluba belə bir təklifin daxil olmadığını bildirib.

Qeyd edək ki, Andradeyə Çinin "Şanxay Şenxua" klubundan təklif gəlsə də, tərəflər yekun razılığa gəlməyiblər. Ona görə də Andrade hələ ki, "Qarabağ"da karyerasını davam etdirir. Lakin onun bu qış komandadan gedə bilməsi ehtimalı az da olsa qalır.

Rəylər

Aşağıdakı məlumatları qeyd edin