"Qarabağ"la çətin oyunumuz var" - "Braqa"nın baş məşqçisi

“Deməyə çox şey yoxdur. Nəticə çox məyusedicidir. Rəqib bizdən güclü idi. Ən yaxşı formamızdan uzaq idik".

QOL.az xəbər verir ki, bu sözləri Avropa Liqasının pley-off mərhələsində "Qarabağ"ın rəqib olan "Braqa"nın baş məşqçisi Artur Jorje Portuqaliya çempionatının 21-ci turunda lider "Sportinq"lə oyundan sonra keçirilən mətbuat konfransında deyib.

0:5 hesablı məğlubiyyəti şərh edən mütəxəssis "Qarabağ"la qarşıdan gələn matç haqda da danışıb: "Biz başımızı qaldırmalıyıq. İrəliyə baxmalıyıq. Səhvlərimizi anlamalıyıq. Təəssüflənmək üçün vaxtımız azdır. Cümə axşamı bizim vacib bir matçımız var. Avropa səyahətimizə çətin oyunla davam edəcəyik. Bu da bizim üçün çox vacib oyun olacaq.  İndi “Sportinq”lə görüşü unutmalıyıq".

Qeyd edək ki, "Braqa"nın növbəti oyunu "Qarabağ"a qarşı olacaq. Fevralın 15-də keçiriləcək matç Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

Rəylər

Aşağıdakı məlumatları qeyd edin