"Qarabağ" italiyalı hücumçu alır?

“Qarabağ” heyətini yeni hücumçu ilə gücləndirə bilər.

Ağdam klubu İtaliya C seriyasında çıxış edən “Audako Çerinyola” klubunun futbolçusu Cankarlo Malkore ilə maraqlanır. Bu barədə italyan jurnalist Nikolo Skira məlumat yayıb.

Bildirilib ki, 29 yaşlı forvardı "Qarabağ"la yanaşı, İtaliyanın SPAL, "Modena", Kiprin "Apollon" (Limassol) və Rumıniyanın ÇFR klubları da transfer etmək istəyir.

Qeyd edək ki, Cankarlo bu mövsüm C seriyasında 22 oyunda 9 qol vurub. Onun klubu ilə mövsümün sonuna qədər müqaviləsivar.(qol.az)

Rəylər

Aşağıdakı məlumatları qeyd edin