“Qarabağ” Ovusunu da satdı

“Qarabağ” klubu qanalı forvardı Kvabena Ovusunu satıb.

 

Əcnəbi futbolçu Macarıstanın “Ferentsvaroş” klubuna keçib.

 

Ötən ay klubla müqavilə imzalayan hücumçunun yayda Budapeşt təmsilçisinə qoşulacağı gözlənilirdi. Lakin macarların çalışdırıcısı Stanislav Çerçesovun onu sərəncamında tez görmək istəməsi, Ovusunun gedişinə səbəb olub.

 

Belə ki, “Qarabağ” 350 min avro (647 min manat) qarşılığında Ovusunun bu ay “Ferentsvaroş”a keçməsinə şərait yaradıb.

Rəylər

Aşağıdakı məlumatları qeyd edin