“Sabah” Çempionlar Liqasında “Slaviya” ilə qarşılaşacaq

“Sabah” UEFA Çempionlar Liqasının liqa mərhələsinin II turunda bu gün Çexiyanın “Slaviya” komandası ilə üz-üzə gələcək.

AZƏRTAC xəbər verir ki, Bakı Olimpiya Stadionunda keçiriləcək qarşılaşma saat 20:45-də başlayacaq. Matçı avstriyalı FIFA referisi Sebastyan Qishamer idarə edəcək.

Qeyd edək ki, “Sabah” ilk turda İngiltərədə “Mançester Yunayted”ə 0:4, “Slaviya” isə evdə Fransanın “Lans” klubuna 2:3 hesabı ilə uduzub.

Rəylər

Aşağıdakı məlumatları qeyd edin