"Qarabağ" “Çelsi” və "Bavariya"nın olduğu yarışda

6-9 aprel tarixlərində Türkiyədə U-12 komandalar arasında “İzmir Cup” turniri keçiriləcək.

Turnirdə 72 komanda iştirak edəcək. Bunlardan artıq 66-sının adına aydınlıq gəlib. Onların arasında "Qarabağ" və "Neftçi"nin U-12 kollektivləri də var. 

Həmçinin yarışda “Yuventus”, PSJ, “Bavariya”, “Mançester Siti” və “Çelsi” kimi nəhəng klubların U-12 komandaları da mübarizə aparacaqlar.

Rəylər

Aşağıdakı məlumatları qeyd edin