“Qarabağ” dünya reytinqində gerilədi

“Qarabağ” klubların dünya reytinqində ötən ayla müqayisədə daha 3 pillə geriləyib.

 Azərbaycan çempionu siyahıda 72-ci yerə düşüb.

 

Ağdam təmsilçisi 84,6 reytinq xalına malikdir. Bununla belə, “Qarabağ” cədvəlin ilk “100-lüy”ündə yer alan yeganə Azərbaycan komandası olaraq qalıb.

 

Digər klublarımıza gəlincə, “Neftçi” (77,7) 239-cu, “Sabah” (76,2) 295-ci, “Qəbələ” (72,0) 644-cü, “Zirə” (71,9) 651-ci, “Turan Tovuz” (68,3) 1120-ci, “Şamaxı” (66,2) 1474-cü, “Kəpəz” (66,1) 1490-cı, “Sumqayıt” (65,6) 1574-cü, “Səbail” (64,5) isə 1811-ci yerdə qərarlaşıb.

Rəylər

Aşağıdakı məlumatları qeyd edin