“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov dünyada 5-ci oldu

Uzun müddət eyni komandanı çalışdıran baş məşqçilərin adları açıqlanıb.

 

25 mütəxəssisin olduğu siyahıda “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov da yer alıb.

 

2008-ci ildən Ağdam klubuna rəhbərlik edən 51 yaşlı məşqçi ən uzun müddət eyni komandanı çalışdıran 5-ci mütəxəssisdir.

 

Siyahıya “Verona”nın sükanı arxasında dayanan Luici Freşko başçılıq edir. O, 41 ildir İtaliya klubunda işləyir. İlk üçlükdə Stefan Bakster (“Kruzaders”, Şimali İrlandiya, 18 il) və Suet-Fay Li (“Vinq Yi”, Honkonq, 17 il) yer alıblar. Frank Şmidt 16 ildir Almaniyanın “Heydenheym” klubunu çalışdırır və siyahıda dördüncüdür.

Rəylər

Aşağıdakı məlumatları qeyd edin