"Qarabağ"ın "Rakov"la Bakıdakı oyununun vaxtı müəyyənləşdi

Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin "Qarabağ" - "Rakov" (Polşa) oyununun tarixi və başlama saatı bəlli olub.

UEFA  xəbər verir ki, matç avqustun 2-də Bakı Olimpiya Stadionunda keçiriləcək. Oyun yerli vaxtla saat 20:00-da başlanacaq. 

Bu komandalar arasında ilk görüş isə iyulun 26-da Polşada keçiriləcək. Oyun Bakı vaxtı ilə saat 22:15-də start götürəcək.(qol.az)

Rəylər

Aşağıdakı məlumatları qeyd edin