"Qarabağ" "Rakov"la cavab oyununa çıxır

"Qarabağ" bu gün Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində cavab oyununa çıxacaq.

Qol.az xəbər verir ki, Ağdam təmsilçisi evdə Polşa "Rakov"u ilə qarşılaşacaq.  Bakı Olimpiya Stadionunda keçiriləcək görüş saat 20:00-da başlayacaq. Bu komandalar arasında ilk matç Polşa klubunun 3:2 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, "Qarabağ"/ "Rakov" (Polşa) cütünün güclüsü 3-cü mərhələdə Kipr "Arisi" ilə qarşılaşacaq. Bu cütün məğlubu isə mübarizəni Avropa Liqasında davam etdirəcək və HİK (Finlandiya) / “Molde" (Norveç) cütünün məğlubu ilə üz-üzə gələcək.

2 avqust

Çempionlar Liqası, 2-ci təsnifat mərhələsi, cavab oyunu

20:00. "Qarabağ"  - "Rakov" (Polşa)

Baş hakim: Sven Yablonski (Almaniya)
Bakı Olimpiya Stadionu
İlk oyun  - 2:3

Rəylər

Aşağıdakı məlumatları qeyd edin