“Qarabağ” HİK-lə Tofiq Bəhramov stadionunda oynayacaq

“Qarabağ” klubunun Avropa Liqasının 3-cü təsnifat mərhələsində HİK-lə (Finlandiya) ilk oyunun başlama saatı və stadionu müəyyənləşib.

 

Avqustun 10-u oynanılacaq matç Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və saat 20:00-da başlayacaq.

 

Ağdam təmsilçisi bu il Çempionlar Liqasındakı ev oyunlarını Bakı Olimpiya Stadionunda keçirib.

 

Qeyd edək ki, “Qarabağ”ın HİK-lə cavab görüşü isə avqustun 17-i olacaq.

Rəylər

Aşağıdakı məlumatları qeyd edin