Laçında xalçaçılıq və keramika mərkəzləri işə başlayıb

Laçın şəhərində “İslimi” xalçaçılıq mərkəzi fəaliyyətə başlayıb. Mərkəz Laçının hələ qədimdən məşhur xalçalarının olduğu nəzərə alınaraq yaradılıb. Burada Laçın çeşnilərini özündə əks etdirən xalçaların ərsəyə gətirilməsi ilə yanaşı, sakinlərin məşğulluğu da təmin olunacaq.

Açılış mərasimində Azərbaycan Respublikası Prezidentinin Laçın rayonu üzrə xüsusi nümayəndəsi Məsim Məmmədov, “Bakı Abadlıq Xidməti” MMC, “Laçın Abadlıq Xidməti” ASC və digər qurumların əməkdaşları iştirak ediblər. Mərasim iştirakçıları mərkəzdə yaradılan şəraitlə tanışlıq olublar.

Mərkəzin rəhbəri Bəhmən Hacıyev bildirib ki, burada Qarabağ xalçaçılıq məktəbinə məxsus olan Laçın çeşniləri əsasında “Qasımuşağı” xalçaları toxunacaq. İşə əsasən laçınlılar cəlb olunub. Bir müddət sonra emalatxanaya kiçikölçülü hanalar da gətiriləcək. Emalatxananın ərazisi 120 kvadratmetrdir. Burada 4 dəzgah var. Hər dəzgahda 2-3 nəfər işləyə bilir. Ümumilikdə, emalatxanada 16 nəfər çalışır”.

***

Laçın şəhərində “Gilabi Ceramics” yaradıcılıq mərkəzinin də açılışı olub.

Qədimdən Laçın sənətkarlarının əl işləri ilə də tanınırdı. Keramika mərkəzində bir vaxtlar Laçında hazırlanan müxtəlif əl işləri yenidən ərsəyə gətiriləcək, həmçinin sakinlər iş yerləri ilə təmin olunacaq.

Açılış mərasimində Azərbaycan Respublikası Prezidentinin Laçın rayonu üzrə xüsusi nümayəndəsi Məsim Məmmədov, “Bakı Abadlıq Xidməti” MMC, “Laçın Abadlıq Xidməti” ASC və digər qurumların əməkdaşları iştirak ediblər.

Rəylər

Aşağıdakı məlumatları qeyd edin