Nazir müavini: İşğal dövründə Şuşada 300-dən çox tarix-memarlıq abidəsinin əksəriyyəti dağıdılıb

“Heydər Əliyev İli” çərçivəsində belə bir tədbirin keçirilməsi rəmzi məna daşıyır. Ulu Öndərin müasir müstəqil Azərbaycanda müəlliflik hüququnun formalaşdırılmasında böyük xidmətləri olub. Onun əsasını qoyduğu bu siyasət Prezident İlham Əliyev tərəfindən keyfiyyətcə yeni mərhələyə yüksəlib.

Bunu mədəniyyət nazirinin müavini Səadət Yusifova aprelin 20-də Əqli Mülkiyyət Agentliyinin təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində 23 Aprel - Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü münasibətilə “Qədim mətnlər və klassik mənbələr erməniçilik saxtakarlıqlarını və uydurmalarını ifşa edir və ya əzəli Azərbaycan-Türk torpaqları olan Zəngəzur həqiqətləri” mövzusunda keçirilən konfransda söyləyib.

Qeyd olunub ki, sovet dövründə Zəngəzurun qərb hissəsinin Ermənistana verilməsi 100 ildir türk dünyanın parçalanmasına gətirib çıxarıb. Ermənistan 100 il ərzində tarixi Azərbaycan torpaqlarında tarixi və mədəni irsimizi silməyə çalışdığı kimi, 30 illik işğal dövründə də bu işi Qarabağ ərazisində bunu davam etdiriblər. İşğal dövründə təkcə Şuşada 300-dən artıq tarix-memarlıq abidəsinin əksəriyyəti dağıdılıb.

Nazir müavini Səadət Yusifova Birinci vitse-prezident Mehriban Əliyevanın gördüyü böyük işlər sayəsində Azərbaycanın tarixi və mədəni irsinin bu gün dünya miqyasında daha çox tanındığını vurğulayıb.

Rəylər

Aşağıdakı məlumatları qeyd edin