Laçın rayonunun Zabux kəndinə köçürülən ailələrə evlərinin açarları təqdim edilib

Laçın rayonunun Zabux kəndinə avqustun 25-də köçürülən ailələrə mənzillərinin açarlarının təqdimat mərasimi keçirilib.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən verilən məlumata görə, tədbirdə Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyinin, Komitənin rəsmiləri, Milli Məclisin deputatı Mahir Abbaszadə iştirak ediblər.

Ailələrə avqustun 7-də Dövlət Komitəsində keçirilən püşkatma zamanı müəyyənləşdirdikləri mənzillərin açarları təqdim olunub.

Sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət, ailələrinə səbir diləyiblər.

Qeyd edək ki, avqustun 25-də Zabux kəndinə ilk olaraq 20 ailə (88 nəfər) köçürülüb. Yaxın günlərdə sakinlərin kəndə köçürülməsi davam edəcək.

Rəylər

Aşağıdakı məlumatları qeyd edin