Sus kəndinə köç başlayır

"Zabuxa köç prosesi çox müvəffəqiyyətlə həyata keçirildi. Cənab Prezident və Birinci vitse-prezident Mehriban Əliyeva həmin ailələrlə görüşdü, olduqca maraqlı görüş alındı".

Bunu jurnalistlərə açıqlamasında Azərbaycan Respublikası Prezidentinin Laçın rayonunda xüsusi nümayəndəsi Məsim Məmmədov deyib.

 

“Sus kəndi layihəsi də ümid edirəm, bu cür müvəffəqiyyətli olacaq. Düşünürəm ki, növbəti ilin əvvəlinə oraya köç mümkündür. Bu ilin sonuna kimi Laçında minlərlə yerli sakini görəcəyik. Eynilə Zabuxa ilin sonuna kimi ayda iki-üç köç prosesini təmin edəcəyik”, - Prezidentin Xüsusi Nümayəndəsi qeyd edib.

Rəylər

Aşağıdakı məlumatları qeyd edin