Macarıstan Cəbrayılın bu kəndinin qurulmasında iştirak edəcək

Macar şirkətləri Qarabağda Cəbrayılın Soltanlı kəndinin yenidən qurulmasında iştirak edəcək.

 

Modern.az xəbər verir ki, bu barədə  Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto və Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarovun birgə keçirdiyi mətbuat konfransında vurğulanıb.

 

“Gələn ildən başlayaraq Macarıstan Qarabağ bölgəsində yenidən qurmada iştirak edəcək. Azərbaycan hökuməti planları təsdiqləyib, bəzi müqavilələr artıq imzalanıb. Eyni zamanda böyük macar şirkətləri ilə danışıqlar aparılıb. 

 

Həmçinin enerji təhlükəsizliyinin təkmilləşdirilməsi və Azərbaycandan Macarıstana qaz nəqlinin artırılması məsələləri gündəmdədir. Həmçinin Azərbaycandan Mərkəzi Avropa ölkələrinə qaz idxalının artırılmasına imkan yaratmaq üçün Aİ-ni dəstəkləməyə çağırmışıq. Macarıstan və Azərbaycan arasında ticarət əlaqələri əhəmiyyətli dərəcədə artdığını bird aha vurğulamaq istəyirik”,-deyə qeyd edilib. 

Rəylər

Aşağıdakı məlumatları qeyd edin