Keçmiş məcburi köçkün: 32 ildir Bakıdayıq, bu gün doğma torpağımıza qayıdırıq
Biz bu gün Xocavənd şəhərinə köçürük. Çox minnətdarıq. Özüm də, balalarım da orada yaşamağı çox istəyirik.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Xocavənd şəhərinə köçən keçmiş məcburi köçkün Sevinc Əhmədova söyləyib.
O bildirib ki, doğma torpağa qayıtmaq onun ailəsi üçün böyük sevincdir: “Allah Prezidentimizə kömək olsun. Bu gün bizi doğma yurdumuza göndərdi. Allah şəhidlərimizə də rəhmət eləsin. Onların sayəsində torpaqlarımız işğaldan azad edilib, məcburi köçkünlər yurdlarına geri qayıdır. Bu gün ailə üzvlərimlə, qızlarımla birlikdə Xocavəndə köçürük”,- deyə S.Əhmədova vurğulayıb.
Keçmiş məcburi köçkün qeyd edib ki, ailə həyatı quraraq Xocavəndə gəlin köçüb: “Sonra qaçqın, məcburi köçkün düşdük. Əvvəl Beyləqanda yaşadıq, daha sonra Bakıya köçdük. 32 ildir Bakıdayıq. İndi şükür Allaha ki, bu gün doğma torpağımıza qayıdırıq”.
Müxbir - Elmir Səftərov
Fotoqraf - Tofiq Babayev
0 Rəy