Talış kəndində tikinti işlərinin birinci mərhələsi yekunlaşmaq üzrədir

Tərtər rayonunun Talış kəndində tikinti işlərinin birinci mərhələsi yekunlaşmaq üzrədir, fevralın sonuna qədər işlər başa çatdırılacaq.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu barədə Şəhərsalma məsələləri üzrə İşçi qrupunun Ağdamda keçirilən iclasında Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov bildirib.

“Ümid edirik ki, fevralın sonuna qədər həmin ərazi 20 ailənin köçürülməsi üçün hazır olacaq. Hazırda orda gecə-gündüz iş aparılır ", - deyə o qeyd edib.

 

Rəylər

Aşağıdakı məlumatları qeyd edin