Füzuli şəhərinə ilk köçün vaxtı açıqlandı

Gələn il Füzuli şəhərinə ilk köç planlaşdırılır. 

 Bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin birinci müavini Namiq Hümmətov Füzuli Beynəlxalq Hava Limanında keçirilən iclasında bildirib. Onun sözlərinə görə, 2024-cü ildə köç həyata keçiriləcək: "Bu istiqamətdə çox ciddi işlər aparılır. Məcburi köçkünlərin qayıtması üçün digər layihələrin icrası sürətləndirilməlidir". O qeyd edib ki, qısa müddətdə Füzulidə Mərkəzi Xəstəxananın tikintisinə başlanılacaq.

Rəylər

Aşağıdakı məlumatları qeyd edin