Laçınlı günlər artıq gerçəkdir

Doğma şəhərə qayıdan ailə sayı 180-ə çatıb

Otuz ildən artıq yurdlarından ayrı düşən laçınlılar doğma elinə qovuşur. Azərbaycan Respublikası Prezidentinin tapşırığına uyğun olaraq, yenidən qurulan Laçın şəhərinə keçmiş məcburi köçkünlərin mərhələli şəkildə qayıdışı davam edir.

İyulun 28-də növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən yola salınıb. Həmin gün Laçın şəhərinə 16 ailə köçürülüb.

İyulun 31-də isə Laçın şəhəri 12 ailəyə qucaq açıb. Ailələr şəhərdə coşqu ilə qarşılanıb, onlara yaşayacaqları evlərin açarları təqdim olunub.

Bununla da Laçın şəhərində 180 ailənin (700 nəfər) daimi məskunlaşması təmin edilib.

Xatırladaq ki, Laçın şəhərinə sakinlərin qayıdışı mayın 28-də başlayıb və indiyədək 10 köç həyata keçirilib. İlin sonunadək ümumilikdə şəhərə 700-ə yaxın ailənin qayıdışı gözlənilir.

Rəylər

Aşağıdakı məlumatları qeyd edin