"Ermənistan ağır məğlubiyyətə düçar olub" MÜNASİBƏT

“Ermənistan müharibəni döyüş meydanında uduzub, diplomatik cəbhədə də acı məğlubiyyətləri göz önündədir. Bir yolları qalır sözdə yox rəsmi şəkildə Azərbaycanın ərazi bütövlüyünü tanımaq şərti ilə sülh müqaviləsini imzalamaq”. Bunu “Səs” qəzetinə açıqlamasında Qaçqınların və Məcburi Köçkünlərin İşi üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın sədri Anar Xəlilov deyib.
Onun sözlərinə görə, Ermənistanın indiki hakimiyyəti də bunu Fransanın, İranın təzyiqi altında bunu imzalamaq iqtidarında görünmür: “Qalır bir yol o da təxribat, yalandan vay-şivən bir sözlə cığallıq. Ermənistanda kim hakimiyyətdə olursa olsun bilməliyik ki, o ermənidir. Ermənistanın əvvəlki cinayətkar rejiminin 30 il ərzində şousunu çox gördük. İndi də özünü “demokrat” adlandıran onlardan, sadəcə, yiyəsi ilə fərqlənən Paşinyan hökümətinin şousunu görürük. Şounun rejissor və ssenaristləri də Fransa, İrandır. Düzdür, digər yaradıcı heyətlər də var, amma beynəlxalq hüquq normaları və Azərbaycanın mövqeyi onların səsini kəsib. Laçın sərhəd keçid məntəqəsi ətrafında baş verən bugünkü şou da Ermənistana sonda böyük rüsvayçılıq gətirəcək. Təəssüf ki, Qarabağda bu gün yaşayan erməni əsilli əhali hələ də 35 ildir onlardan necə istifadə olunduqlarını dərk edə bilmirlər. Əgər dərk etsəydilər, 44 günlük Vətən müharibəsindən sonra dərhal separatçıları Xankəndindən qovub Azərbaycan vətəndaşlığını qəbul edərdilər. Dərk edə bilmədilər ki, Azərbaycan ordusu Xankəndi ətrafında dayanmaqla onlara bu son şansı verdi. Beynəlxalq hüquqa hörmət etdi. Amma erməni əsilli əhali yenidən 88-ci ildə olduğu kimi siyasi qüvvələrin təsirinə və əsarətinə düşdü. Bu gün əslində humanitar şou adı altında erməni əsilli sakinlərin mənafeyi yox bölgədə Fransa və İranın siyasi oyunlarının şousu gedir. Azərbaycanın mövqeyi ortadadır öz ərazi bütövlüyünü qorumaq və erməni əsilli vətəndaşlarını da bu quldurlardan qorumaq. Azərbaycanın özünün gücü var ki, tək Qarabağdakı erəniləri yox bütün Ermənistanı humanitar yardımla təmin edə. Sadəcə, Xankəndidə müvəqqəti əyləşən quldurlar yerli əhalinin əli ilə buna mane olur və Ağdam-Xankəndi yolunun açılmasına mane olur. Eyni zamanda, Ermənistan hökuməti də Laçın sərhəd keçid məntəqəsi ətrafında şou yaradaraq beynəlxalq qurumlara hay-küylə şikayət edir. BMT Təhlükəsizlik Şurasında son müzakirə də göstərdi ki, burada da onlar, sözün əsl mənasında, fransız bacıları ilə birgə acı məğlubiyyətə düçar oldular. Artıq dünya ermənilərdən yorulur. Ermənilər isə əməllərindən yorulmaq istəmir. Bu şounun sonu mənim fikrimcə, Ali Baş Komandanın Dəmir yumruğu işə salması ilə və Xankəndində separatçı rejimin ləğvi ilə nəticələnəcək. Nə qədər gec deyil ermənilər bunu başa düşsə, onlar üçün yaxşı olar. Hərçənd inanmıram bunlar ağıllana. İran vasitəsilə Hindistandan nəsə silah daşıyırlar hələ. Daha başa düşmürlər ki, reallıq başqadır burada “Hind fiımi” çəkilmir. Real olan “Dəmir yumruq”, Azərbaycan ordusunun zərbəsi və Cənab Ali Baş Komandanın siyasi iradəsidir!”

GÜLYANƏ

Rəylər

Aşağıdakı məlumatları qeyd edin