Türkiyədən vacib BƏYANAT: Zəngəzur dəhlizi bu il açılacaq!

Ermənistan sülh prosesinin davam etdiyi vaxtda Azərbaycana təxribatlar törətməyə davam edir. Son məlumatlara görə, İrəvan sərhədə böyük ordu qruplaşması toplayıb. Hazırda sərhəddə vəziyyət gərgindir.

 

Üstəlik, Ermənistan havadarlarının köməyi ilə Zəngəzur dəhlizinin açılmasına hələ də mane yaradır. Üçtərəfli bəyanatda deyilir ki, Ermənistan Azərbaycanın qərb bölgələri ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinə zəmanət verir. Ancaq bəyanatın imzalanmasından 3 ilə yaxın vaxt keçməsinə baxmayaraq, İrəvan bəyanatın şərtlərini yerinə yetirməkdən imtina edir.

 

Belə olan halda Azərbaycan hansı addımları atmalıdır?

 

Türkiyə Böyük Millət Məclisinin Azərbaycanla dostluq qrupunun rəhbəri, deputat Şamil Ayrım Modern.az-a bildirib ki, Zəngəzur dəhlizi tez bir zamanda açılacaq:

 

“Uzun zamandır ki, Ermənistan erməni diasporunun, onu dəstəkləyən ölkələrin təkriyi ilə təxibatlar törətməyə başlayıb. Onlar bu təxribatlarla ilk olaraq Zəngəzur dəhlizinin açılmasına mane olmaq istəyirlər. Eyni zamanda Zəngəzur dəhlizinin açılmasını istəməyən dövlətlərdən biri də İrandır. Amma Türkiyə-Azərbayan birliyi ilə Zəngəzur dəhlizi açılacaq. Bu dəhlizin açılmasına mane olmağa çalışan qüvvələrə Türkiyə, Azərbaycan imkan verməyəcək. Çünki bu dəhliz sülh yolu ilə olacaq. Tarixi İpək Yolu bərpa olunacaq. Londona qədər insanlar öz avtomobili ilə səyahət edə biləcək. Buna qarşı olmaq taeixi səhv olacaq".

 

 

O vurğulayıb ki, Ermənistan qısa müddət ərzində Azərbaycanın tələblərini yerinə yetirməlidir.

 

"Ermənistan diasporu, hakimiyyəti ağlı başında olmalıdır. Biz Türkiyə olaraq İrana, Ermənistana da səslənirik ki, bu coğrafiyanın sülh içində yaşamasını istəyirik. Çünki bunun sonu yoxdur, Türkiyə savaşın sonuna qədər gedəcək. Niyyətimiz budur ki, bu il ərzində sülh müqaviləsi başlansın və Zəngəzur dəhlizi açılsın”, - deputat qeyd edib.

 

Türkiyəli deputat İranın Ermənistana dəstəyindən və Zəngəzur dəhlizinin açılmasına mane olmasından da danışıb:

 

“İranın iqtisadi gözləntiləri var. Bir neçə ildir ki, İran Ermənistanın qida ehtiyacını təmin edir. Buna görə də Zəngəzur dəhlizinin açılmasını istəməyə bilər. Amma son olanlara baxarsaq, İranın bundan sonra bölgədə hər hansı çaxnaşmaya girməsi gözlənilmir. Çünki ötən əsrdən bəri İran Qərb tərəfindən sanksiyalara məruz qalan ölkədir. Ona görə də İranın tez bir zamanda normallaşaraq dünya ölkələrinə qoşulması lazımdır. İranda qırx milyondan artıq Azərbaycan türkü var. Ona görə də balans hər dəqiqə pozula bilər”, - Şamil Ayrım sözlərini belə yekunlaşdırıb.

Rəylər

Aşağıdakı məlumatları qeyd edin