"Ermənistan bütün istiqamətlərdə uduzub" MÜNASİBƏT

“Ermənistanın son günlər təmas xəttində müxtəlif təxribatlara əl atması halları artmağa başlayıb. Eyni zamanda, Azərbaycanın Qarabağ bölgəsində məskunlaşan və separatçı bir qrupun girovuna çevrilmiş erməni əsilli vətəndaşlarımız da bu təxribatlara məcburi şəkildə cəlb edilir. Həmçinin, 10 noyabr Aktının tələblərinə riayət etməyib qanunsuz şəkildə Qarabağda çoxlu sayda Ermənistana məxsus qanunsuz hərbi birləşmələrin də aktivləşərək müdafiə qurğuları yaratmaq istəklərinin şahidi oluruq”. Bunu SİA-ya açıqlamasında Qaçqınların və Məcburi Köçkünlərin İşi üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın sədri Anar Xəlilov deyib.

Onun sözlərinə görə, ermənilərin törətdikləri təxribatlara Rusiya sülhməramlılarının seyrçi mövqeyi də başa düşülən deyil: “Lakin ordumuzun gücü və sayıqlığı nəticəsində bütün təxribatların qarşısı dərhal alınır və düşmənə layiqli cavab verilir. Mən dəfələrlə açıqlamalarımda qeyd etmişəm və bu dəfə də vurğulayıram ki, Ermənistan bütün istiqamətlərdə uduzub və törətdiyi təxribatlar mənasız və öz xalqına qarşı cinayət əməlləridir. Bunlar gündə bir havadar dəyişərək onun bunlara verdiyi tapşırıqları icra edirlər. 44 günlük müharibə və ondan sonrakı müxtəlif vaxtlarda sərhəd döyüşlərində acı məğlubiyyətlərdən görünür bunlar nəticə çıxartmaq istəmirlər. Özlərinin gücsüzlüyü və acizliyi faktdır, amma havadarlarına arxayın olaraq onlardan 90-cı illərdə olduğu kimi açıq dəstək umur və ona ümid edirlər. Lakin unudurlar ki, indi onların qarşında başqa zaman və güclü tək olmayan Azərbaycan var. Bu yazıq tayfa bunu qəbul etmək istəmir. Rusiyadan isyədiklərini ala bilmədiklərini görüb indi də üz tutublar Qərbə olublar “demokrat”. Fransa bacıları da Afrika siyasətindəki məğlubiyyətlərini gizlətmək üçün düşüb ortaya Qarabağ problemini həll edir guya bunlara… Məhz indiki təxribatların baş verməsinin əsas səbəbi də bunlatın yeni yiyələrinə qucaq açmasıdır. ABŞ-la birgə hərbi təlimlərin keçirilməsi də bunu sübut edir. Maraqlıdır Ermənistan ordusu var ki, təlim də keçirə? Ümumiyyətlə, hər nə qədər də özlərinə yiyə tapsalar belə məğlubiyyətə düçardılar. Bütün təxribatlarının qarşısı da amansızlıqla alınacaq. Ya Azərbaycanın şərtlərinə əməl olunacaq ya da lazımi ölçülər görülərək cəzalanacaqlar. Bu dəfə olan cəza isə daha sərt olacaq. Nə qədər gec deyil əsl yiyələri Azərbaycanın şərtlərini qəbul etsinlər. Daha dünyada yiyə axtarmasınlar”.

Rəylər

Aşağıdakı məlumatları qeyd edin