Goreşən xislətli namərdlər – Onların islahı yalnız silahla mümkündür

Yəhudi əsilli rus satiriki Viktor Şenderoviçin məşhur bir ifadəsi var, deyir, giyenadan (goreşən, kaftar) mənviyyət gözləmək əbləhlikdir.

Adam çox haqlıdır, faunaya aid çəkilən yüzlərlə sənədli filmdə açıq-aşkar görmək olur ki, bu heyvanlar qarınlarını doyurmaq, mövcudluqlarını qorumaq üçün hər cür iyrəncliyə əl atır, leş yeyir, hətta sürü halında birləşərək zingildəşə-zingildəşə özlərindən güclü heyvanı, məsələn, şiri, pələngi dövrəyə alır, arxadan, öndən, sağdan-soldan namərd həmlələrlə onu çökdürüb parçalamaq istəyirlər.

Erməni separatçıları məhz o giyena kimidirlər, gücləri bir yerə qədərdir, tamahları sonsuzdur, üzbəüz savaşda özlərindən güclüyə bir şey edə bilməyəndə mütləq sürü ilə hücum edirlər, haray-həşirləri dünyanı başına götürür, məqsədlərinə çatmaq üçün hər an namərd həmlələr etməyə hazırdırlar və niyyətlərindən heç vaxt vaz keçmirlər.

Bizim də bir çox sadəlövhlər onlardan mənəviyyat gözləyir, nə vaxtsa düz yola gələcəklərinə, sülhə meyllənəcəklərinə ümid bəsləyir, deyirlər, bir-birilə 10, 20, 50, 100 il vuruşan xalqlar olub, amma sonda sülhə gəliblər.

Birincisi, həmin xalqlar da himə bənddirlər, bir balaca ara qarışsın, düzən pozulsun, görün, 100 il əvvəl bitirdikləri müharibəni qaldıqları yerdən davam etdirirlər, yoxsa yox.

İkincisi, 150-200 ildir bizimlə intriqada olan, əzəli şəhərimiz İrəvanı rus ordusunun əliylə bizdən alıb özlərinə paytaxt edən ermənilər bildiyimiz Avropa xalqlarından biri deyil, acgözdürlər, mərhəmətsizdirlər, haqsız-ədalətsizdirlər.

Üçüncüsü, illüziyalara qapılmağın lüzumu yoxdur, son 35 ilin olaylarına, bu qövmün başımıza gətirdiyi oyunlara baxmalıyıq. Onlar bizə qarşı daha hansı namərdlikləri etməyiblər? 1988-ci ildən bu günə qədər ermənilərin qətlə yetirdiyi mülki soydaşlarımızın sayı döyüş əməliyyatlarında ölən hərbçilərimizin sayından çoxdur.

Bu sırada Xocalıda, Meşəlidə, Qaradağlıda, Başlıbeldə, Ballıqayada, Ağdabanda, Kərkicahanda və başqa yaşayış məntəqələrimizdə güllələnən öldürülən, əsir götürülərək, sonradan öldürülən mülki əhali, Şuşanın, Xocavəndin səmasında erməni terrorçular tərəfindən vurulan vertolyotlar, Azərbaycana gələn avtobus və qatarlarda, eləcə də Bakı metrosunda törədilən teraktlar, yollarda qurulmuş pusqular nəticəsində öldürülən vətəndaşlarımız var.

Əsir götürülən, itkin düşən minlərlə vətəndaşımızın taleyi barədə qəti xəbərlər hələ bu gün gəlir. 3 il əvvəl işğaldan azad edilmiş rayonlarımız, xüsusilə də Şuşa və Füzulinin ərazisində ard-arda kütləvi məzarlıqlar tapılır. Cəbrayıl, Ağdam, Zəngilan rayonları da istisna deyil. Mənfur goreşənlərin ayağı hara dəyibsə, nişanəsiz qəbristanlıqlar salıblar.

Erməni separatçıların bizim mülki əhalimizə etdiyi zülm Mel Qibsonun çəkdiyi “Apokalipsis” filmindəki gözü dönmüş vəhşi tayfanın hücum edərək qonşuluqdakı dinc tayfanı məhv etməsinə tən gəlir. Necə ki o tayfada mərhəmət, vicdan, rəhm yox idi, bunlarda da yoxdur. Bunların nə dərəcədə qansız, amansız, vəhşi olduqlarını yalnız köməksiz halda onların əlinə düşənlər bilər.

Avropa paytaxtlarında sakit və təhlükəsiz ortamlarda, qəhvə masası arxasında gülümsər çöhrəli, qalstuklu ermənilərlə polemika aparmaq, xalqlar dostluğundan, qarşılıqlı güzəştlərdən, dinc, yanaşı yaşamaqdan danışmaq bir şeydir, Edillidə onların təcridxanaya çevirdikləri qarajda və ya tövlədə əli-qolu bağlı halda oturub, bir az aralıda ekskavatorla qazılan və az sonra kütləvi məzarlığa çevriləcək xəndəklərə tamaşa etmək isə başqa şeydir. O, yaxalarını və özlərini cıran “novar”çıların, pasifistlərin biri, heç özləri də yox, əzizləri o ət maşınından keçsəydi, erməni amansızlığının dəhşətindən hali olar, bir daha dillərinə “erməniylə sülh” sözü gətirməzdilər.

Budur, Qarabağda rus hərbçilərinin arxasına yaslanaraq mövcudluqlarını qoruyan erməni militanlar yeni bir namərdlik edib, təxribat törədiblər, 4 mülki vətəndaşımızı minaya salaraq şəhid ediblər. Onların ağlı ötən əsrin 90-cı illərinin əvvəllərinə gedib. O zamanlar onlar bu cür üsullarla bizə çox yamanlıq etmişdilər və açığı, biz o zaman əliyalınlıqdan, qətiyyətsizlikdən və havadarsızlıqdan onların layiqli cavablarını verə bilməmişdik.

Amma indi elə olmayacaq, Azərbaycan əsgəri və əks-kəşfiyyatçıları o minanı oraya döşəyənləri, eləcə də bu terror aktının həyata keçirilməsində 1-ci, 5-ci drəcəli rolu olanların hamısını bircə-bircə dənləyəcək.

Heç kəs düşünməsin ki, bu, erməni separatçılarının bizimkilərə qarşı törətdiyi sonuncu teraktdır, tədbir görəcəyik, bir daha heç nə edə bilməyəcəklər. Xeyr. Bu hərbi canilər gözü dönmüş, terroru əsas mübarizə vasitəsinə çevrimiş adamlardır, sona qədər də yamanlıqlarından əl çəkməyəcəklər. Hətta onların əlindəki sonuncu mina, sonuncu “Kalaşnikov”, sonuncu tapança müsadirə olunsa da, qapaqlı medalyonlarında bir çimdik sink-fosfit saxlayacaq, fürsət tapan kimi bir qrup soydaşımızın yeməyinə qataraq zəhərləməyə çalışacaqlar.

Şenderoviç haqlıdır, giyenadan mənəviyyat gözləmək əbləhlikdir, eləcə də mərhəmət, eləcə də sülhsevər siyasət, eləcə də mehriban qonşuluq...

Araz Altaylı, Musavat.com

Rəylər

Aşağıdakı məlumatları qeyd edin