Putin Qarabağdan DANIŞDI

Rusiya prezidenti Vladimir Putin Qarabağdan danışıb.

 

Modern.az xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.

"Bizim sülhməramlılarımız cəlb olunmuş bütün tərəflərlə çox aktiv şəkildə işləyir. Mülki əhalini qorumaq üçün hər şeyi edirlər", - o qeyd edib.

 

Təmasların davam etdiyini xatırladan Rusiya prezidenti bildirib ki, Moskva Qarabağda deeskalasiyaya nail olmaq və problemin həllini sülh yolu ilə həll etməyin mümkün olacağına ümid edir. O, Çinin xarici işlər naziri Van İni Qarabağla bağlı məlumatlandıracağını diqqətə çatdırıb.

 

Qeyd edək ki, Putin gələn ay Çinə səfər edəcək.

Rəylər

Aşağıdakı məlumatları qeyd edin