“Hansı normal dövlət öz ərazisində mülki insanların terrora məruz qalmasına dözər?..”

“Özü də bunu edənlər əslində Ermənistan ordusunun qalıqlarıdır. Buna görə biz antiterror əməliyyatları keçirməyə məcburuq...”

“Kim, hansı normal dövlət, hansı Qərb dövləti öz ərazisində mülki insanların, yol mühəndislərinin terrora məruz qalmasına dözər. Yalnız 2020-ci ildən bəri 60-dan çox insan erməni birləşmələrinin bsadırdığı mina partlayışlarının qurbanı olub”

Bunu Moderator.az-a açıqlamasında  Azərbaycanın sabiq baş diplomatı Tofiq Zülfüqarov Qarabağda haqlı antiterror əməliyyatı başladıqdan sonra ölkəmizə qarşı beynəlxalq təzyiqlərin yersiz və məntiqsiz olmasından danışarkən söyləyib. 

“Ermənilər deyirlər ki, guya Azərbaycan onları “9 aydır aclıqdan qırır”, indi də BMT Baş Assambleyası sessiyasının işə başladığı bir vaxtda “silahlarla öldürməyə başlayıb. Əgər onlar  BMT Baş Assambleyası sessiyasından danışırlarsa, əvvəla, hazırda orada hələlik yalnız yüksək təmsil olunan şəxslərin  həftəsidir. Bu, təxminən 10 gün davam edəcək. Və böyük ehtimalla yaranmış vəziyyətlə əlaqədar nə İlham Əliyev, nə də Paşinyan həmin tədbirdə iştirak etməyəcəcəklər... 

Rusiyaya, Qərb ölkələrinə, beynəlxalq təşkilatlara gəldikdə isə onlar dediklərini deyəcəklər. Biz də onların yersiz, məntiqsiz tələblərinə cavab verəcəyik ki, əvvəla, əməliyyat keçirilən ərazilər 32 ildən çoxdur faktiki Ermənistan işğalı altında saxlanılan suveren Azərbaycan əraziləridir. İkincisi, 10 noyabr üçtərəfli razılaşmasından keçən dövrdə qanunsuz erməni birləşmələri ərazimizi tərk etmək əvəzinə, özlərinə daha çox silah və texnika toplayaraq mütəmadi olaraq ordumuza qarşı atəşkəsi pozub və bölgədəki dinc əhali üçün təhlükə törədiblər. Üçüncüsü də, onlar bu günlərdə də Qarabağda quruculuq işləri ilə məşğul olan mülki əməkdaşlara və polislərimizə qarşı itkilərlə nəticələnən terror aktları həyata keçiriblər. Özü də bunu edənlər əslində Ermənistan ordusunun qalıqlarıdır. Buna görə biz antiterror əməliyyatları keçirməyə məcburuq.  Kim, hansı normal dövlət, hansı Qərb dövləti öz ərazisində mülki insanların, yol mühəndislərinin terrora məruz qalmasına dözər, əlini-qolunu sallayıb gözləyər?.. Yalnız 2020-ci ildən bəri 60-dan çox insan erməni birləşmələrinin mina partlayışının qurbanı olub....Qarabağdakı qanunsuz birləşmələrə ultimatum vermişik və yenə də verəcəyik ki, silahları “sülhməramlı”ların postlarına verin. Onsuz da 10 noyabr bəyanatında göstərilir ki, sülhməramlılar Qarabağdakı erməni silahlılarını tərksilah etməliydilər. Qoy, yenə silahlarını versinlər onlara...” -deyə sabiq baş diplomat yekunlaşdırıb.

Sultan Laçın

Rəylər

Aşağıdakı məlumatları qeyd edin