Yevlax görüşü ilə bağlı SON DƏQİQƏ açıqlamaları

“Antiterror tədbirlərilə bütün dünyaya nümayiş etdirdik ki, heç kəs Azərbaycanla təzyiq dili ilə danışa bilməyəcək. Bu, Azərbaycan Silahlı Qüvvələrinin və Ali Baş Komandanın uğurudur”.

Bu fikirləri Milli Məclisin deputatı Asim Mollazadə Musavat.com-a açıqlamasında bildirib.

ASİM.jpg (66 KB)

O deyib ki, Azərbaycan öz ərazisində beynəlxalq hüquq normalarına əsaslanaraq bu tədbirləri həyata keçirir:

“Azərbaycanın məqsədi bölgədə sülh, əmin-amanlıq yaratmaqdır. Biz gözləyirik ki, Ermənistan Azərbaycanla sülh sazişini imzalayacaq. Demarkasiya, delimitasiya prosesi sürətlənəcək. Əsas məqsədimiz sülh, əmin-amanlıq, Böyük Qayıdış layihəsini uğurla həyata keçirməkdir. Azərbaycan erməni əhalisinin bizim dövlətə reinteqrasiya istiqamətində müvafiq addımlar atacaq. Ayın 21-də Yevlaxda ilk görüş başlayır. Ümidvaram ki, bu antiterror tədbirləri sülh istiqamətində olan böyük, uğurlu addım idi. Bu addımların müəllifləri Azərbaycan Silahlı Qüvvələri və Ali Baş Komandandır”.

asif.jpg (298 KB)

Siyasi şərhçi Asif Nərimanlı isə qeyd edib ki, sabah Yevlaxda keçiriləcək görüşdə reinteqrasiya məsələləri müzakirə olunacaq:

“Bununla separatizm ləğv ediləcək. Xankəndi, Xocalı və Xocavənd Azərbaycan bayrağının yolunu gözləyir”.

Qeyd edək ki, Azərbaycan Respublikasının Konstitusiyası və qanunları əsasında reinteqrasiya məsələlərinin müzakirə edilməsi üçün Qarabağın erməni sakinlərinin nümayəndələri ilə 2023-cü il sentyabr 21-də Yevlaxda görüş keçiriləcək. Xatırladaq ki, Azərbaycanın Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri silahı yerə qoyub və təslim olublar. Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən bildirilib. Qeyd olunub ki, Azərbaycan Respublikasının Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoyur, döyüş mövqelərindən və hərbi postlardan çıxır və tam şəkildə tərk-silah olunurlar. Ermənistan silahlı qüvvələrinin birləşmələri Azərbaycan ərazilərini tərk edir, qeyri-qanuni erməni silahlı dəstələri buraxılır.

Rəylər

Aşağıdakı məlumatları qeyd edin