İqor Korotçenko: Artıq həm de-yure, həm də de-fakto Qarabağ həmişəlik Azərbaycandır

BMT Təhlükəsizlik Şurasının Qarabağdakı vəziyyətlə bağlı iclası artıq heç nəyi dəyişməyəcək. Həm de-yure, həm de-fakto Qarabağ - Azərbaycandır. Artıq həmişəlik. Reallıq belədir.

AZƏRTAC xəbər verir ki, bu barədə sosial şəbəkədə Xəzər Strateji Araşdırmalar İnstitutunun baş direktoru İqor Korotçenko yazıb.

Ekspert Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi müasir dövrün görkəmli siyasətçisi, Ermənistanın baş naziri Nikol Paşinyanı isə uğursuz adlandırıb.

“İlham Əliyev müasir dövrün görkəmli siyasətçisidir. Paşinyan isə luzerdir. İntəhası, başqa cür ola bilməzdi. Bu, hər bir obyektiv analitik üçün aydın məsələdir”, - deyə o bildirib.

Onun sözlərinə görə, vacib olan odur ki, Rusiya ilə Azərbaycan arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə imzalanıb və fəaliyyət göstərir. RF Prezidenti Vladimir Putin və İlham Əliyev arasında əla şəxsi münasibətlər mövcuddur. Ümumi məqsədimiz ondan ibarətdir ki, ABŞ və Fransa Cənubi Qafqazda suyu bulandırmasınlar. Bu istiqamətdə iş aparacağıq”, - deyə İ.Korotçenko vurğulayıb.

Rəylər

Aşağıdakı məlumatları qeyd edin