Qarabağ ermənilərinin başqa yerə köçməsinin Azərbaycanla heç bir əlaqəsi yoxdur - Rəsmi

Biz bir daha bildiririk ki, Qarabağ bölgəsində yaşayan yerli erməni sakinlərin Ermənistana və ya başqa ölkəyə köçmək qərarı ilə Azərbaycanın heç bir əlaqəsi yoxdur.

 

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Ermənistan XİN-in 27 sentybar tarixli bəyanatına cavabında bildirilib.

 

Nazirlik bir daha Azərbaycanın Qarabağ bölgəsində yaşayan yerli erməni sakinlərin Ermənistanın yaratdığı hərbi xuntanın girovları olduqları dövrdən daha yaxşı yaşamaq üçün şərait yaratmağa hazır olduğunu vurğulayıb.

 

“Azərbaycan erməni sakinlərini bərabərhüquqlu vətəndaş kimi reinteqrasiya etmək əzmindədir və Azərbaycanın Konstitusiyası, milli qanunvericiliyi və qəbul etdiyimiz beynəlxalq öhdəliklər bu məqsədə çatmaq üçün möhkəm zəmin yaradır. Biz Ermənistanın Azərbaycan ərazilərində qurduğu separatçı rejimin onun gözləri qarşısında necə dağıldığını və yox olduğunu görməsinin nə qədər ağrılı olduğunu anlayırıq, lakin indi onlar üçün Azərbaycanla ərazi bütövlüyünə və suverenliyə həm sözdə, həm də əməldə hörmətə əsaslanan sülh və etimad qurmağa diqqət yetirmək daha yaxşı olardı”, - bildi

Rəylər

Aşağıdakı məlumatları qeyd edin