Sülh danışıqları ilə bağlı Vaşinqtondan SON DƏQİQƏ AÇIQLAMASI

"Biz regiondakı vəziyyəti öyrənmək üçün təmasdayıq. Əgər hər hansı vəhşilik törədilərsə və bununla bağlı sübutlar olarsa ona uyğun addımlar atmaqdan və bunu törədənlərin məsuliyyətə cəlbindən çəkinməyəcəyik".

Bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller bu gün keçirdiyi brifinq zamanı Qarabağda baş verənlərlə bağlı çıxışında deyib.

O bildirib ki, etnik təmizləmə və ya soyqırımı kimi iddilar faktlara əsaslanır və bu olmadan danışmaq doğru deyil.

"Biz gedənlərin neçə faizinin daimi olaraq Ermənistanda qalacağını blmirik. Onların neçə faizi şərtlər imkan verəcəyi təqdirdə geri qayıtmaq istəyəcək? Biz bir daha müstəqil beynəlxalq missiyanın cəlbi ilə bağlı çağırışımızı təkrar edirik. Bu missiya Qarabağdakı ermənilərin haqlarının və təhlükəsizliyinin təmin olunmasına nəzarət edir. Azərbaycan tərəfi onların haqların və təhlükəsizliyinin təmin olacağını bildirib və biz bunu müşahidə etmək üçün missiyanın da orda olmasını istəyirik", - deyə Miller qeyd edib.

Dövlət Departamentinin rəsmisi BMT missiyasını təqdir edib.

"Biz müttəfiqlərimiz və tərəfdaşlarımızla uzunmüddətli missiya və bunun necə işləyə biləcəyini müzakirə edirik. Ümid edirik ki, Ermənistana getmiş Qarabağ ermənilərinin geri qayıdarkən hüquqlarına hörmət ediləcək. Biz həmçinin Azərbaycan ilə Ermənistanı sülh danışıqlarına qayıtmağa təşviq edirik", - deyə Miller bildirib. (APA)

Rəylər

Aşağıdakı məlumatları qeyd edin