Türkiyədə Qarabağla bağlı görüş olub, ancaq... - PESKOV

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov ABŞ, Avropa İttifaqı (Aİ) və Rusiya nümayəndələrinin Qarabağla bağlı Türkiyədə danışıqlar apardığını təsdiqləyib.

 

Modern.az xəbər verir ki, bu barədə o, jurnalistlərə açıqlamasında bildirib.

 

Peskov qeyd edir ki, "Politico"nun görüşlə bağlı təqdim etdiyi təfərrüatlar reallığa uyğun gəlmir.

 

Kremlin sözçüsü “Qarabağla bağlı müəyyən təmasların olduğunu” deyib, “Onların təsvir etdiyi kimi deyil. Bu materialda çoxlu qeyri-dəqiqliklər, çoxlu səhvlər var”, - Dmitri Peskov bildirib.

 

Xəbər verdiyimiz kimi, ABŞ, Avropa İttifaqı (Aİ) və Rusiyanın yüksək səviyyəli rəsmiləri Azərbaycan ordusunun həyata keçirdiyi antiterror tədbirlərindən bir neçə gün əvvəl Qarabağdakı vəziyyətlə bağlı gizli danışıqlar aparıblar. Bu barədə "Politico" qəzeti yazıb. Xatırladaq ki, İstanbulda keçirilən görüşdə ABŞ-ı Vaşinqtonun Qafqaz üzrə danışıqlar üzrə baş müşaviri Lui Bono təmsil edib, Aİ Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarı göndərib. Rusiyadan isə Cənubi Qafqaz üzrə xüsusi nümayəndə olan İqor Xovayev iştirak edib.

 

Rəylər

Aşağıdakı məlumatları qeyd edin