Tbilisidə Əliyev-Paşinyan görüşü - İrəvan təklifə cavab vermir

Rəsmi Bakı Gürcüstanda Ermənistanla danışıqlar aparmağa hazırdır, lakin bunun üçün həm də İrəvanın razılığı lazımdır. Bunu iki gün öncə Gürcüstanda işgüzar səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyev Tbilisidə bildirib: “Əgər Ermənistan da razılaşarsa, o zaman bizim müvafiq qurumların rəhbərləri Gürcüstana gələrək həm ikitərəfli, həm də üçtərəfli görüşlər keçirə bilərlər”, - Əliyev deyib.

Öz növbəsində Gürcüstanın Baş naziri İrakli Qaribaşvili yaxın vaxtlarda Ermənistanla sülh sazişinin imzalanacağına ümid etdiyini bildirib.

Rəsmi İrəvanın isə Tbilisidə görüş təklifinə necə cavab verdiyi hələ də aydın deyil.

Modern.az xəbər verir ki, “Azadlıq” radiosunun erməni xidməti - “Azatutyun” məsələ ilə əlaqədar Ermənistan Xarici İşlər Nazirliyi ilə əlaqə saxlayıb. Lakin Ermənistan XİN təklifə heç bir şərh verməyib.

Ermənistanın digər rəsmiləri də təklif qarşısında hələ ki susurlar.
 

Rəylər

Aşağıdakı məlumatları qeyd edin