“Fransanın Ermənistana hərbi yardmları heç nəyi dəyişməyəcək”

Zərdüşt Əlizadə: “Azərbaycana hücum Ermənistan üçün yeni bir məğlubiyyət demək olacaq”

 

“Fransanın Ermənistana hərbi yardmları heç nəyi dəyişməyəcək”.

 

Bunu Moderator.az-a açıqlamasında politoloq Zərdüşt Əlizadə bildirib. Ekspert qeyd edib ki, Fransanın Ermənistanı hərbi baxımdan dəstəkləməsi rəsmi Parisin uğursuz xarici siyasətinin ən böyük isbatıdır:

 

“Əslində Parisin Ermənistana hərbi yardım göstərməsi, bu məsələni mütəmadi şəkildə gündəmə gətirməsi rəsmi Parisin yanlış, uğursuz xarici siyasətinin təzahürüdür. Fransa hələ də anlamır ki, bununla heç nəyə nail ola bilməyəcək.

 

Birincisi, Ermənistanın hərbi baxımdan dirçəldilməsi üçün uzun illər lazımdır.

 

İkincisi, erməni hərbçilərinin Fransa silahlarından istifadəni mənimsəməsi də zaman alan bir məsələdir. Lakin hesab edək ki, Fransa qısa zamanda Ermənistana ciddi hərbi yardlmlar göstərdi və ermənilər də bu silahlardan istifadəni qisa zamanda mənimsədi. Sonra nə olacaq? Ermənistan özündən dəfələrlə güclü olan Azərbaycana hücum edəcək? Axı hamı yaxşı bilir ki, bu hücumun ancaq bir nəticəsi olacaq. Bu da Ermənistanın darmadağın edilməsidir.

 

Buna görə də Fransanın Ermənistana hərbi yardımla bağlı çağırışlarına soyuqqanlı yanaşmaq lazımdır”.

 

Rəylər

Aşağıdakı məlumatları qeyd edin