Şuşada XİN başçılarının iclası BAŞLADI

Bu gün Şuşa şəhərində Azərbaycan Respublikasının sədrliyi altında İqtisadi Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının 27-ci iclası keçirilir.

 

Tədbirdə Azərbaycan, Türkiyə, Qazaxıstan, Pakistan, Tacikistan, Özbəkistanın xarici işlər nazirləri və digər rəsmi şəxslər iştirak edirlər.

 

Xarici işlər naziri Ceyhun Bayramov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tədbir iştirakçılarına məktubunu oxuyub.

 

Xatırladaq ki, İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) hökumətlərarası təşkilat kimi 1985-ci ildə Türkiyə, İran və Pakistan tərəfindən yaradılıb. 1992-ci il noyabrın 28-də 7 ölkə İƏT-ə qoşulub və hazırda təşkilatın 10 üzv ölkəsi var: Azərbaycan, Əfqanıstan, İran, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Pakistan, Tacikistan, Türkiyə, Türkmənistan.

 

Rəylər

Aşağıdakı məlumatları qeyd edin