Rusiyalı politoloq: “Azərbaycan Qarabağın erməni sakinlərinə çox yaxşı davranıb”

“Vəziyyət əsaslı şəkildə dəyişdiyi üçün Azərbaycanla Ermənistan arasında münasibətlər yaxşılaşa bilər. Xüsusən də Azərbaycan Qarabağın erməni sakinlərinə çox yaxşı davranıb, heç bir təzyiq göstərilməyib və hökumət onların reinteqrasiya prosesinə hazır olduğunu bildirib”.

Bunu politoloq, Siyasi Araşdırmalar Mərkəzinin direktoru Sergey Markov “Qarabağ münaqişəsi yekunlaşdıqdan sonra Cənubi Qafqazın inkişafı” adlı onlayn konfransda deyib.

Ekspert qeyd edib ki, Rusiya ilə Ermənistan arasında münasibətlər pisləşir: “Hazırda Rusiya ilə Azərbaycan arasında münasibətlər yüksəlir, Rusiya ilə Ermənistan arasında münasibətlər isə deqradasiyaya doğru gedir”.

Politoloqun sözlərinə görə, rəsmi İrəvan baş verənləri anlamağa çalışır. Ermənistan artıq Qarabağa dair heç bir iddia irəli sürə bilmir, yeni yaranmış vəziyyətlə bağlı nə edəcəyini bilmir: “O bilmir ki, Azərbaycanı nifrət simvoluna çevirsin və ya yeni səhifə açsın, ya damünasibətləri yaxşılaşdırmaq üçün yeni şərtlərdən istifadə etsin”.

Rəylər

Aşağıdakı məlumatları qeyd edin