"İkili siyasət Qərb dövlətlərinin iç üzünün göstəricisidir" - MÜNASİBƏT

“Ötən əsrin sonlarında Ermənistandan 200 minə yaxın azərbaycanlıların və Azərbaycanın Qarabağ bölgəsindən milyona yaxın vətəndaşlarımızın zorla dədə-baba torpaqlarından qovulmasına, kənd və şəhərlərimizin vəhşicəsinə dağıdılmasına göz yuman Qərb dairələri son günlər 35-40 minə yaxın özləri rahat şəkildə Azərbaycanın haqlı tələb etdiyi qanunlara tabe olmaq istəməyərək Qarabağın dağlıq hissələrinndən köçüb getmələrin etnik təmizləmə kimi qələmə vermələri tərəf tutmaq və öz maraqlarına uyğun hərəkət etmələrinə əyani sübutdur”. Bunu SİA-ya açıqlamasında Qaçqınların və Məcburi Köçkünlərin İşi üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın sədri Anar Xəlilov deyib.

Onun sözlərinə görə, Azərbaycan dinc erməni əhalisinin təhlükəsizliyinə dəfələrlə bəyan edərək zəmanət verməsinə baxmayaraq erməni əhalisi könüllü olaraq Qarabağın dağlıq hissəsini özləri tərk ediblər: “Azərbaycanın erməni əhalisindən yalnız bir tələbi olub, Azərbaycan qanunlarına tabe olmaq. Azərbaycanın apatdığı siyasətdə etnik təmizləmə niyyəti olmayıb. Yalnız məqsəd seperatizmə və terrorçulara qarşı mübarizə və dünyanın tanıdığı qanunu Azərbaycan əraziləri üzərində suverenliyin bərpa olunması olub. BMT-nin dörd qətnaməsini Azərbaycan ikili standartlar nəticəsində tək olaraq həyata keçirib. Mövcud dünya qanunlarına uyğun olaraq Azərbaycanın öz ərazilərini işğalçı və terrorçulardan təmizləməsi tam qanunidir və heç bir dövlətin haqqı çatmır ki, buna hər hansısa bir don geyindirə. Xüsusilə də tarix boyu etnik təmizləmə, koloniyalaşdırma, soyqırım siyasəti aparmış dövlətlər. Azərbaycanı öz qanun və haqlı addımlarına görə etnik təmizləmədə ittiham etmək tərəf saxlamaq və faşizm ideyalarına dəstək verməkdir. Buna başqa ad vermək olmaz. Eyni zamanda, geosiyasi oyunlarda öz maraqlarına uyğun siyasət aparmaqdır. Öz maraqları naminə haqqı görməməzlikdən gəlmək isə ədalətsizlik və siyasi tərbiyəsizlikdir. Bu cür addımlar və haqsız ittihamlar mövcud dünya düzənini təhlükəyə sürümək deməkdir. Məsələyə bu cür yanaşmaq tək Azərbaycanın mənafeyini yox, dünyada digər dövlətlərin də gələcəkdə taleyində ağır nəticələrə yol açmış olur. Dünyada bu gün bu cür ədalətsiz mövqe sərgiləmək özünü demokrat adlandıran bəzi Qərb dövlətlərinin iç üzünü ortaya qoyur. İki dünya müharibəsinin də baş verməsinin səbəbkarı olan bu dövlətlərin özünü nə adla qələmə verməsindən aslı olmayaraq atdıqları addım öz mənafeləri uğrunda dünya xalqlarının rahat yaşamasına təhlükədir. Əslində, bu gün dünya dövlətləri bunu anlayıb Azərbaycanın haqlı mövqeyini müdafiə etməlidirlər. Çünki bu onların da maraqlarına və gələcək təhkükəsizliyinə xidmət etmiş olacaqdır. İstər Qərb olsun, istər başqası, fərqi yoxdur, Azərbaycana qarşı bu gün hər hansı formada ittiham irəli sürən tərəf saxlayan dövlətlər bəşəriyyət qarşısında cinayət etmiş sayılır. Bu fikri qəbul etməsələr də belə bu belədir. Amma dünyada bir ilahi ədalət deyilən bir haqq yolu da var. Azərbaycan da bu yoldadır. Qələbə bütün hallarda Azərbaycanındır. Azərbaycanın güclü xalqı, ədalətli siyasi lideri və özünü müdafiə etməyi bacaran ordusu, ən nəhayət bu haqq yolda onu dəstəkləyən qardaş, dost, güclü dövlətləri var. Bizim məqsədimiz bundan sonra güclü olmaq, işğaldan azad olunan yurd yerlərimizi tez bərpa edərək kütləvi sürətdə öz dədə-baba torpaqlarımızda məskunlaşmaqdan ibarətdir”.

Müəllif: Gülyana

Rəylər

Aşağıdakı məlumatları qeyd edin