Fransa Ermənistanı müharibəyə hazırlaşdırır - ŞOK DETALLAR

Xəbər verdiyimiz kimi, dünən Fransanın Silahlı Qüvvələr naziri Sebastien Lekornu ermənistanlı həmkarı Suren Papikyan ilə görüşüb. Tərəflər arasında müdafiə sazişi imzalanıb.

 

 Lekornu “X” hesabında Ermənistan və Fransa arasında müdafiə əlaqələrinin detallarını təqdim edib.

 

Belə ki, Fransa Ermənistan ordusunun transformasiyasına dəstək verəcək. Bu çərçivədə Paris 2023-cü ilin yanvar ayında müdafiə missiyasının açılışını edib. Fransa Ermənistan Müdafiə Nazirliyinə məsləhçi kimi zabitlər göndərib və çoxlu səfərlər və işgüzar görüşlər keçirilib.

 

Fransa və Ermənistan arasında hərbi əməkdaşlığın ikinci hissəsi təhsil sahəsinə aiddir. Bu sahədə dövlətlər zabit və kiçik zabit hazırlığı müəssisələrində əməkdaşlıq edəcəklər. Xüsusilə dağlıq ərazidə aparılan döyüşlər və dəqiq atışlar üçün təlimlər keçiriləcək.

 

Üçücü istiqamət isə Ermənistanın hava hücumundan müdafiə sistemlərinin gücləndirilməsidir. Bunun üçün Fransa 3 ədəd GM200 radilokasiya sistemi, “Mistral” zenit-raket kompleksləri tədarük edəcək. Paris, həmçinin Ermənistanın yerüstü hava hücumundan müdafiə sistemlərinin auditini aparacaq.

 

Lekornu bəyan edib ki, Fransa həmçinin Ermənistana qurudan müdafiə qüvvələrini hazırlamağa kömək edəcək və ölkənin silahlı qüvvələrinin islahatları və modernləşdirilməsi səylərini dəstəkləyəcək.

 

Təqdim edilən detallardan görünür ki, Fransa Ermənistanı Azərbaycanla toqquşmaya hazırlaşdırır. Bunun üçün Ermənistan ordusuna təlimlər keçir və silahlar verir. 

Rəylər

Aşağıdakı məlumatları qeyd edin