Bayramov-Lavrov-Mirzoyan görüşünün təşkilinə hazırıq - Zaxarova

"Moskva yaxın vaxtlarda Rusiya, Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin üçtərəfli görüşünü təşkil etməyə hazırdır".

 

Modern.az "Sputnik"ə istinadən xəbər verir ki, bunu Rusiya XİN-in sözçüsü Mariya Zaxarova deyib.

 

"Rusiya tərəfi İrəvanla Bakı arasında gərginliyi aradan qaldıra biləcək istənilən təmasları alqışlayır. Bununla belə, Putin, Paşinyan və Əliyev arasında razılaşmalar normallaşma üçün “yol xəritəsi” olaraq qalır”, - Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi bildirib.

Rəylər

Aşağıdakı məlumatları qeyd edin