“Zəfər Günü qızıl hərflərlə tatiximizə yazıldı” - MÜNASİBƏT

“Azərbaycan tarixinin yeni möhtəşəm şanlı səhifəsi olan növbəti Zəfər gününü qeyd etmək ərəfəsindəyik. 44 günlük Vətən müharibəsi ilə Azərbaycan ordusu Müzəffər Ali Baş Komandanının rəhbərliyi ilə torpaqlarımızı mənfur düşməndən azad edərək, tariximizə Zəfər Gününü yazdırdı”. Qaçqınların və Məcburi Köçkünlərin İşi üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın sədri Anar Xəlilov deyib.

Onun sözlərinə görə, müasir dünya hərb tarixinə yazılan qeyrət qalamız Şuşa şəhərinin azad edilməsi ilə düşmən məğlubiyyəti ilə barışaraq təslim oldu: “Bu tarix Azərbaycanın müstəqillik qazanması tarixi qədər bizlərə müqəddəs tutula bilinəcək bir gündür. Son 300 illik məğlubiyyət zəncirinin bizlər üçün qırıldığı bir tarixi dönüş günüdür. Bu qələbə ilə biz dünya xalqları və dövlətləri arasında öz adımızı qəhrəman, mübariz, özünə güvənən xalq olaraq qürurla yazdırdıq. 30 illik işğal dövründə Ermənistan silahlı qüvvələrinin ərazilərimizdən dərhal çıxarılması haqqında BMT-nin 4 qətnaməsi icra olunmadı. Aparıcı Beynəlxalq təşkilatların, mövcud dünya dövlətlərinin Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirik bəyanatları sözdən əmələ keçmədi. ATƏT-in Minsk qrupunun sülh təşəbbüsləri ermənilərin lehinə vaxt uzatmaqadan başqa heç nəyə yaramadı. Bütün bunların baş verməsinsə ikili standartlar əsas rol oynadı. Havadarları hesabına torpaqlarımızı işğal edən ermənilər elə onlara arxayın olaraq işğaldan əl çəkmək istəmədilər. Müdrik Ümummilli Lider Heydər Əliyevin qoyduğu təməl prinsipləri üzərində müasir güclü Azərbaycan dövləti quran Cənab Prezident İlham Əliyev torpaqlarımızın işğaldan azad olunması yolunda lazım olan bütün siyasəti layiqincə yerinə yetirərərək şanlı 8 noyabr tarixini Zəfər günü kimi qızıl hərflərlə tatiximizə əbədi yazdırdı”.

A.Xəlilov onu da bildirdi ki, Azərbaycan dünyanın etmək istəmədiyini tək başına icra etdi və işğala son qoydu: “Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi. Azərbaycan ordusu “Dəmir Yumruq“ devizi altında BMT qətnamələrini icra etdi. Bu qələbənin qazanılmasında bizə siyasi və mənəvi dəstək verən qardaş Türkiyə respubikasının da əməyi danılmazdır. Erməni havadarlarının anti Azərbaycan bəyanatları qardaş Türkiyə siyasətçilərinin layiqli cavabları ilə susduruldu. Bu gün biz xoşbəxt nəsilik ki, bu qələbəni və buna gedən şərəfli yolun canlı şahidləri olduq. Bu qələbə gələcək Azərbaycan tarixinə yazılacaq hələ çox qələblərin açarına və dönüş nöqtəsinə çevrildi. Bunu üçün xalq olaraq Ali Baş Komandanımıza, ordumuza minnətdarıq. Allah şəhidlərimizə rəhmət eləsin, Qazilərimizə can sağlığı bəxş etsin. Şəhidlərimiz və qəhrəman döyüşçülərimizin sayəsində qazanılan bu qələbəyə görə daim onları fəxarətlə yada salacayıq. Məhz onların sayəsində və aparılan uğurlu siyasət nəticəsində bu gün Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin Xankəndində qaldırdığı üç rəngli ay ulduzlu bayrağımız vüqarla əbədi olaraq dalğalanır və dalğalanacaq!”

Müəllif: Gülyana

Rəylər

Aşağıdakı məlumatları qeyd edin