Ərdoğanın "QARABAĞ xatırlatması"nın şifrəsi - ŞOK DETALLAR

“Bilmirəm, pərdə arxasında nələr baş verib ki, Ərdoğan Qarabağı xatırladıb”.

Musavat.com xəbər verir ki, bu fikirlər Türkiyənin nüfuzlu "Hürriyet" qəzetinin yazarı Abdülkadir Selviyə məxsusdur.

O, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın hakim Ədalət və İnkişaf Partiyasının (AK Partiya) qrup toplantısında səsləndirdiyi fikirləri şərh edib.

Selvi Qarabağla bağlı xatırlatmanın İsrailə vacib bir xəbərdarlıq olduğunu vurğulayıb:

“Ərdoğan qrup nitqinin başlanğıcını müdafiə sənayesində əldə edilən irəliləyişlərə həsr edəndə əvvəlcə bunun isti gündəmlə (İsrail - HƏMAS müharibəsi - red.) əlaqəsini anlamaqda çətinlik çəkdim. Amma sonra İsrailə Qarabağ xatırlatmaları gələndə mesajın ünvanını başa düşdüm”.

Daha sonra türkiyəli yazar ölkə liderinin sözügedən açıqlamasına diqqət çəkib.

Ərdoğan deyib: “Ermənistan illər boyu torpaqlarımızda xam xəyallar qurdu, Qarabağ müharibəsində dərsini aldı və yerində oturdu. İndi İsrail də analoji aldadıcı fikirlər səsləndirir. Bunların da sonu məyusluqla bitəcək”.

Rəylər

Aşağıdakı məlumatları qeyd edin