Putin Qarabağdan köçən ermənilərə yardım göndərdi

Rusiya Fövqəladə Hallar Nazirliyinin İl-76 təyyarəsi Qarabağı tərk etmiş ermənilər üçün İrəvana 40 ton humanitar yardım çatdıracaq.

Bu barədə TASS-a Nazirliyin mətbuat xidməti bildirib.


"Rusiya Fövqəladə Hallar Nazirliyinin İl-76 xüsusi təyinatlı təyyarəsi Jukovski Beynəlxalq Hava Limanından İrəvan hava limanına uçub. Təyyarə ümumi çəkisi 40 ton olan humanitar yükü, o cümlədən ərzaq, ədyal, yorğan-döşək dəsti, səyyar elektrik stansiyası aparıb”, - mətbuat xidmətindən bildiriblər.
 

Humanitar yük Rusiya prezidentinin göstərişinə əsasən və Rusiya Federasiyası hökuməti adından həyata keçirilir.

Rəylər

Aşağıdakı məlumatları qeyd edin