"Qərbin, xüsusən də Fransanın Ermənistanı silahlandırmasının məqsədi nədir?"

Fransanın “Arquus” qrupunun istehsalı olan “Bastion” tipli 24 zirehli texnika Ermənistana göndərilib. Sirr deyil ki, Fransa gizlin və ya açıq şəkildə Ermənistana dəstək verir. 

Bəs görəsən, Fransanın Ermənistana dəstək göstərməsinin altında hansı səbəblər var ?

Mövzu ilə bağlı türkiyli general Yücel Karauz Moderator.az-a danışıb.

Bildirib ki, Fransanın Ermənistanı silahlandırmasının birdən artıq səbəbləri var: "Fransa birinci və ikinci dünya müharibəsindən sonra dünyada bütün iqtisadi gəlirin böyük bir qismini cəlb etmiş, siyasi nüfuzunu təmin etmiş bir dövlətdir. İkinci dünya müharibəsindən sonra da BMT-nin Təhlükəsizlik Şurasının beş daimi üzvünün biri olmasına baxmayaraq, dünyada, Avropada, Afrikada istədiyi kimi lider ola bilməməsi, xüsusən də Afrikadan son 50 ildə qovulmuş olması, Avropa liderlərinə oynayıb Almaniya ilə böyük bir mübarizə aparması Avropanı Amerikadan asılı hala gətirməsi Fransanı yeni bir mərhələyə gətirdi. Mövcud siyasi gücü, ordusu Fransanın nə Mərkəzi Asiyadakı hadisələrə, nə  Liviyadakı hadisələrə, nə də təkbaşına Rusiya-Ukrayna müharibəsindəki hadisələrə təsir göstərməsi üçün yetərli deyil. Ona görə də Rəsmi Paris özünə yeni bir hərəkat sahəsi seçdi. Bu da Ermənistan-Azərbaycan məsələləri üzərindən Qafqazda güc əldə etmək, Qafqaz xalqlarını yönləndirməkdir. Fransa bunun üçün Ermənistanı kukla kimi idarə etməyə çalışır. Burada Ermənistanı idarə etməyə birinci səbəb Rusiyanı sıxışdırmaq, ikinci səbəb İranı bölgəyə nəzarətdən uzaqlaşdırmaq, üçüncü səbəb isə Türkiyəyə nəzarət edə bilməkdir. Dolayısı ilə Fransanın atmış olduğu addımları sadəcə olaraq Azərbaycana düşmənlik kimi  dəyərləndirmək doğru deyil. Təbii ki, Fransa yalnız Qafqazla maraqlanmır. O, eyni zamanda Orta Asiya və Türküstanla da maraqlanır".

Türkiyəli general əlavə edib ki, Türk Dövlətləri Təşkilatının son toplantısından öncə Fransa Prezidenti Emmanuel Makron Özbəkistan və Qazaxıstana yüz ildə ikinci dəfə səfər etdi. Nəticə etibarı ilə dünyada itirmiş olduğu prestiji qazanmağa çalışdı: "Cənubi Qafqaz və Türküstan regionunu özünə yeni bir coğrafiya seçdi. Bu vəziyyətdən faydalanmağa çalışır. Fransanın Ermənistana dəstək çıxmasının əsas səbəblərindən biri də Fransada güclü bağları olan erməni lobbisi, eləcə də Fransada yaşayan ermənilər və onlara xoş görünmə çabasıdır. Başqa tərəfdən xaçlı səfərləri davam edir. Biz bu gün dünyadakı hadisələri dini məsələlərdən də ayrı tuta bilmərik.  Nəticədə türk və müsəlmansansa, istənilən hüquqi məsələdə haqlısansa, qarşına əngəllər qoyurlar. Fransanın Ermənistan-Azərbaycan məsələsinə baxışı, düşmənçiliyinin səbəbləri bunlardır".
 

Rəylər

Aşağıdakı məlumatları qeyd edin