Kommunikasiyaları açmaq üçün addımlara hazırıq - Paşinyan

"Ermənistan regionda kommunikasiyaların açılması üçün təsirli və konkret addımlar atmağa hazırdır".

 

Bunu Ermənistanın baş naziri Nikol Paşinyan dənizə çıxışı olmayan inkişaf edən ölkələrin toplantısında deyib.

“30 ildən artıqdır ki, Ermənistanın Türkiyə və Azərbaycanla sərhədləri bağlıdır və bu gün biz regionda nəqliyyat kommunikasiyalarının açılmasının mümkünlüyü barədə çox danışırıq və müzakirə edirik”, - Ermənistanın baş naziri əlavə edib.

 

O hesab edir ki, Azərbaycanla Ermənistan arasında tezliklə sülh sazişinin imzalanması realdır.

 

Paşinyanın sözlərinə görə, İrəvanın nəqliyyat kommunikasiyalarının açılmasına yanaşmaları “Sülhün qovşağı” konsepsiyasında öz əksini tapıb: "Dünənki mübadiləni “sıfır nöqtəsi” hesab etmək olar".

Rəylər

Aşağıdakı məlumatları qeyd edin