Bakının tələb etdiyi 8 kəndlə bağlı İrəvandan AÇIQLAMA

“Bizimlə görüşlər zamanı beynəlxalq strukturlardan olan bir sıra tərəfdaşlar, o cümlədən Ermənistandakı müxtəlif bank tərəfdaşları, donor təşkilatları “Dünyanın kəsişməsi” proqramına böyük maraq göstərdilər”.

Musavat.com xəbər verir ki, belə bir iddia ilə Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri Qnel Sanosyan bu gün mətbuat konfransında bildirib.

“Bizimlə müzakirələrdə onlar da maraqlı olduqlarını bildirməyə çalışırlar və əgər bu proqramın bəzi mərhələlərində tikinti və ya digər proseslərin aparılmasına ehtiyac yaranarsa, o zaman proseslərdə məmnuniyyətlə iştirak edəcəklər. İmpulslar kifayət qədər müsbətdir”, - Sanosyan əlavə edib.

Azərbaycanın Ermənistanın işğalı altında qalan 8 kəndi ilə bağlı tələblərinə toxunan erməni nazir deyib: “İndi proses elə təşkil oluna bilər ki, bu ərazilər təyin olunsun, onların hüquqi əsasları göstərilsin. Sonra iki proses baş verə bilər: biri mübadilə, digəri müəyyən sırf məkan düzəlişləri ilə olduğu kimi tərk etməkdir. Tənzimləmə dedikdə onu nəzərdə tuturam ki, bu ərazilər müəyyən xarakter daşıyır və delimitasiya, demarkasiya deyilən fenomen bu suala cavab verə bilər. Fikrimcə, sərhədlərin demarkasiyası və delimitasiyası baş verəndə işçi qrupu çərçivəsində bu suala cavab vermək olar”.

Rəylər

Aşağıdakı məlumatları qeyd edin